“Ermənistan da Azərbaycana məhsul satacaq”
Baxılıb: 895 Tarix: 01-09-2026 10:24

“Yaxın günlərdə Ermənistandan Azərbaycana ilk məhsul tədarükü barədə məlumat veriləcək”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.
Erməni nazir hazırda yalnız Ermənistanın Azərbaycandan mal alması barədə danışarkən tezliklə bunun ikitərəfli xarakter alacağını qeyd edib:
“Ermənistan da Azərbaycana məhsul satacaq”.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan Ermənistana ümumilikdə 17 milyon 372 min dollar dəyərində mal, o cümlədən 14 min tondan çox dizel yanacağı, həmçinin 5 min ton Aİ-92 və Aİ-95 benzini ixrac edib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər



















