Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Neft kəskin bahalaşdı

Baxılıb: 8211     Tarix: 02-09-2026 10:12   

ABŞ və İran arasında qarşılıqlı hücumların yenidən intensivləşməsi qlobal enerji bazarlarında təchizatla bağlı narahatlıqları artırıb.

Qanunvehedef.az xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 7,8 faiz yüksələrək, bir barel üçün 95,27 dollara çatıb.

Neft qiymətlərindəki kəskin artıma ABŞ-nin İranın Hörmüzqan əyalətindəki Kuheştek şəhərində toy mərasiminin keçirildiyi evə zərbə endirməsi, İranın buna cavab olaraq ABŞ bazalarına hücum etdiyini açıqlaması və Hörmüz boğazında gərginliyin daha da artması səbəb olub.

“Brent” nefti ötən gün 89,12 dollara qədər bahalaşıb və sessiyanı 88,37 dollardan başa vurub.

Eyni zamanda, oktyabr fyuçersləri üçün Qərbi Texas markalı xam neftin (WTI) bir bareli 90,77 dollardan satılıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar