Xəbər lenti
02/09/2026 [10:12]
Neft kəskin bahalaşdı
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi

Baxılıb: 988     Tarix: 02-09-2026 12:36   

Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti Departamentının şöbə rəisi Anar Paşacanov Dünya Bankının İcraçı Direktorunun Azərbaycan üzrə müşaviri təyin olunub.


Qanunvehedef.az xəbər verir ki, o, fəaliyyətinin ilk dövründə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu (IMF) üzrə ölkəni təmsil edəcək.


A.Paşacanovun peşəkar fəaliyyətinin əsas hissəsi AMB ilə bağlı olub. O, 2013-cü ildən qurumun Pul Siyasəti Departamentində müxtəlif vəzifələrdə çalışıb, son illərdə isə şöbə rəhbəri kimi fəaliyyət göstərib.


A. Paşacanovun beynəlxalq maliyyə institutları ilə də geniş iş təcrübəsi var. O, fəaliyyət dövründə IMF, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla makroiqtisadi siyasət, maliyyə sektoru və texniki əməkdaşlıq çərçivəsində çalışıb.


A. Paşacanov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, makroiqtisadiyyat üzrə doktorluq dərəcəsinə malik olmaqla yanaşı, ABŞ-da Michigan State Universitetində “Hubert H. Humphrey Fellowship” proqramı çərçivəsində iqtisadi inkişaf üzrə postdoktoral təhsil alıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar