Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Bunu haradan tapıb gətirib bura daxil ediblər?” – Deputat

Baxılıb: 593     Tarix: 25-05-2018 13:00   

““Kobud ehtiyatsızlıq” nə deməkdir?”
Qanunvehedef.az-ın məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında millət vəkili Rafael Cəbrayılov deyib.
Deputat qeyd edib ki, qanunvercilikdə “qəsdən” və “ehtiyatsızlıq” məfhumları var:“Qəsdən” məfhumu da iki mənada işlənilir. Amma “kobud ehtiyatsızlıq” nə deməkdir? Bunu haradan tapıb gətirib bura daxil ediblər?
Əgər qanunvericilikdə bu məfhum olacaqsa, onda “ehtiyatsızlıq”la “kobud ehtiyatsızlıq” da bir-birindən fərqləndirilməlidir. Ümumiyyətlə, loru dilin qanunvericilikdə nə işi var? Məsələn, elə “ağlabatan” sözünü götürək…
“Ağlabatan” hara, qanunvericilik hara? Hesab edirəm ki, qanunlarımızın dili loru dildə olmamalıdır, sırf qanun dilində olmalıdır”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar