Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə hansı əsas DƏYİŞİKLİKLƏR olacaq?

Baxılıb: 719     Tarix: 12-05-2018 17:47   

“Bu il də müəllimlərin işə qəbulu üzrə müsabiqədə dəyişikliklər olacaq”.

Qanunvehedef.az APA-ya istinadən xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O bildirib ki, müəllimlər işə qəbulu üzrə müsabiqədə göstərilən nəticə 2 tədris ilində öz qüvvəsini saxlayacaq: “Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas ciddi dəyişiklik budur. Əsas mütərəqqi dəyişikliklər müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə müşahidə olunur”.
M. Camalzadənin sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə namizədlərə 60 test tapşırığı təqdim edilir: “Həmin test tapşırıqlarının 40-ı namizədin öz ixtisasına, 10 test tapşırığı metodika və təhsil strategiyalarına, digər 10 tapşırıq isə məntiqə dair olur”.

O vurğulayıb ki, müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı xüsusi məhdudiyyət yoxdur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar