Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

DTX GÖMRÜKDƏ ƏMƏLİYYAT KEÇİRİB - İdarə rəisinin müavini və daha iki nəfər saxlanılıb (Yenilənib)

Baxılıb: 571     Tarix: 11-03-2020 11:43   

Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov həbs edildi
Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə, külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma aparılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə Qusar rayonu ərazisində yerləşən Samur Gömrük postunda ümumi gömrük prosedur yoxlamasından keçib sərhəddən çıxışa buraxılan 40-BL-400 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı yük maşını saxlanılıb.
Həmin avtomobilə baxış zamanı gömrük nəzarətinə başqa ad altında bəyan edilmiş, üzəri digər məhsulla qablaşdırılmış, xarici istehsallı 15 ton çəkidə tütün məmulatları aşkar edilərək götürülüb.
Qeyd olunan faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsi ilə aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşları – Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Hüseynov Emin Əlmərdan oğlu, Hüseynov Kərim Əhmədağa oğlu və Əliyev Ramin Mehdi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Hazırda araşdırmalar davam etdirilir.
***
DTX vəzifəli şəxslərin qanunsuz əməllərini ifşa etmək istiqamətində növbəti əməliyyat keçirib.
Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki nəfər saxlanılıb. E. Hüseynov Xaçmaz rayonun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir. Ş.Xanbabayev unikal.org-a açıqlamasaında faktı təsdiqləyib: “Bəli, saxlanılan şəxs kürəkənimdir. Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.
Yada salaq ki, Şəmsəddin Xanbabayev əslən naxçıvanlıdır, tanınmış şəxslərdəndir. 1976-cı ildə Naxçıvan MR kommunal təsərrüfatı nazirinin müavini, 1977-ci ildə Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990-1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000-2004-cü illərdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışıb.
2004-cü ilin oktyabrında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 2019-cu ilin oktyabrınadək bu vəzifədə çalışıb. İşdən çıxarılandan sonra isə YAP rayon təşkilatının sədri seçilib.
Sabiq baş nazirin 1 oğlu, 1 qızı var. Samir Xanbabayev polis zabitidir.
Şimal Ərazi Baş Gömrük İdarəsində bir rəis müavini postu olub ki, bu vəzifəni Emil Hüseynov icra edib. Ondan başqa daha bir gömrük zabiti ümumi şöbəyə rəhbərlik edir.
Şimal Ərazi Baş Gömrük İdarəsinin son əməliyyatı haqda məlumat martın 5-də yayılıb. Bildirilir ki, idarənin əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz C 180" markalı avtomobil saxlanılıb. Daha sonra nəqliyyat vasitəsi rentgen aparatında yoxlamadan keçib. Yoxlama zamanı avtomobilin arxa oturacağının və yük yerindəki örtüklərinin arxasındakı boşluqlarda gömrük nəzarətindən gizlədilən müxtəlif adda 2830 ədəd həb, 590 ampul dərman preparatları, 90 ədəd isə dərman preparatları üçün boş qutu və plastik qablar aşkarlanıb.


Səfər Mehdiyev DGK sədr təyin edildikdən sonra bu sahədə ciddi irəliləyiş olub. Xüsusilə də gömrük əməkdaşlarının sırasında rüşvətxorluq hallarına qarşı ciddi mübarizə aparılıb. Ötən ay keçirilən müşavirədə də komitə sədri 2020-ci ildə gömrük işinin daha da səmərəli şəkildə qurulması istiqamətində görüləcək işlərdən danışıb, kölgə iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan qətiyyətli addımların cari ildə də prioritet olacağını, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsini təmin edəcək innovativ layihələrin həyata keçiriləcəyini bildirib(musavat.com).шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar