Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Almaniyada saxlanıldı

Baxılıb: 741     Tarix: 13-03-2020 10:03   

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi Fələstin vətəndaşı, 1990-cı il təvəllüdlü Milhem Basem Şlaş Almaniyada tutulub.
“Report”un xəbərinə görə, araşdırma zamanı onun İsveç vətəndaşı olduğu da məlum olub.
Milhem Basem Şlaşın Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.
M.Basem Şlaş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və və 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə “İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmişdi.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar