Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Quldurluqla suçlanan dəstənin cinayət işi - Həbs edilən qardaşların bəd əməlləri

Baxılıb: 592     Tarix: 15-03-2020 14:21   

Bakıda vətəndaşlara qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Həbs edilənlərdən ikisi qardaşdır.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sahib Cəfərli, Mehdi Cəfərov və Azər Ağacanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Həbs edilən Cəfərovlar qardaşdırlar. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Qeyd edək ki, ötən il noyabrın 26-da saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakininin idarə etdiyi “London-Taxi” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildiriblər.
Xırdalan şəhəri ərazisində onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alaraq, hadisə yerini tərk ediblər.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirdiyinə görə məhkum olunmuş Sahib Cəfərli saxlanılıb.
Cinayətdə şübhəli bilinən S.Cəfərlinin qardaşı, əvvəllər qəsdən sağlamlığa zərər vurduğu üçün 2 dəfə məhkum olunmuş Mehdi Cəfərov ötən il dekabrın 3-də Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun qanunsuz olaraq silah saxladığına görə də axtarışda olması müəyyən edilib.
Təqsirləndirilən şəxslərin digər cinayətləri də müəyyən edilib. İş üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onlara Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddəsi ilə ittiham verilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar