Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bakıda qadını qətlə yetirən dəstə üzvlərinin istintaqı başa çatıb

Baxılıb: 617     Tarix: 07-05-2020 11:21   
Bakıda qadını qətlə yetirən dəstə üzvləri - Fərid Axundov, Rəsul Quluzadə və Heydər Nəsirlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Qanunvehedef.az-in məlumatına görə, təqsirləndirilən şəxslərin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi Novruz Kərimovun icraatına verilib.
Qeyd edək ki, ötən il sentyabrın 23-də saat 22 radələrində "Yeni Yasamal-1" yaşayış sahəsində Maya Kərimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Yasamal Rayon Polis Şöbəsinin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Kərimovanın Lənkəran rayon sakinləri H.Nəsirli və əvvəllər məhkum olunmuşlar - F.Axundov və R.Quluzadə tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.
Məlum olub ki, təqsirləndirilən şəxslər qadını qətlə yetirəndən sonra mənzildə qazı açıq qoyub gediblər.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar