Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Şabranda ata oğlunu güllələdi

Baxılıb: 805     Tarix: 15-01-2021 13:45   

Daxili İşlər Nazirliyi (DİN) Şabranda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat xidmətindən Qanunvehedef.az-a bildirilib ki, Şabran Rayon Polis Şöbəsinə yanvarın 14-də Pirəmsən kəndində Quba rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədovun sərxoş halda ailə-məişət münaqişəsi zəminində oğlu Ürfanın istiqamətində tüfəngdən atəş açması barədə məlumat daxil olub.
Baş nahiyəsindən xəsarəti almış Ürfana xəstəxanada ilkin tibbi yardım göstərilib.
Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan "İJ-16" markalı ov tüfəngi götürülüb.
Görülmüş tədbirlərlə T.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar