Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İçki məclisində qan töküldü: Ölən var

Baxılıb: 773     Tarix: 08-02-2021 10:17   

Tovuzun Ceyrançöl qışlağında qətl hadisəsi baş verib.
Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, Gədəbəy rayon Əmiraslanlı kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədov İlqar Zülfüqar oğlu Tovuz rayon Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elvin Submat oğluna ürəyindən bir bıçaq zərbəsi vurub.
E.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məlumatlara görə, hadisə içki məclisində yaranmış mübahisə nəticəsində baş verib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Elvin Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar