Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Rusiya bazarında atışma: Akif Şıxəliyev həbs edildi

Baxılıb: 696     Tarix: 08-02-2021 11:25   

Krasnoyarsk polisi "Luç" bazarının Azərbaycandan olan direktoru Akif Şıxəliyevi həbs edib.
Qanunvehedef.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.
Krasnoyarsk polisi mətbuat xidmətinin məlumatına görə, fevralın 5-də Şaxtaçılar küçəsi ərazisində atışma baş verib. Hadisə yerinə gələn polis və “Rosqvardiya”nın əməkdaşları müəyyən ediblər ki, bir kişi ov silahından atəş açıb. Xəsarət alanlar yoxdur.
Polislər münaqişə iştirakçılarının hamısını saxlayıblar. Onun təşəbbüsçüsü barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 2-ci maddəsinin 213-cü hissəsi ilə (silah işlətməklə törədilən xuliqanlıq) cinayət işi açılıb.
Atəşə görə Şaxtaçılar küçəsi 62-də yerləşən "Luç" bazarının direktoru həbs edilib. Məlumata görə, onun adı Akif Şıxəliyevdir.
Bazar işçiləri jurnalistlərlə deyiblər ki, ola bilsin, münaqişə pul üstündə baş verib:
"Luç"a Azərbaycandan, tərəvəz və meyvələrin ucuz satıldığı "Cənub" bazasına isə Tacikistandan olan bir nəfər rəhbərlik edir. Onların bir-birilərindən xoşları gəlmir”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar