Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bir gündə 4 avtomobil qaçıran şəxs tutuldu - Foto

Baxılıb: 802     Tarix: 05-03-2021 11:13   

Mingəçevirdə üç VAZ-2106 markalı avtomobilin naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığı barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də bir neçə dəfə məhkum olunmuş Ceyhun Nəsirov tutularaq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun daha bir eyni markalı avtomobili isə Yevlax rayonu ərazisindən qaçırdığı müəyyən olunub.
Belə ki, C.Nəsirov Mingəçevir şəhərindən oğurladığı avtomobil ilə Yevlax rayonu Xaldan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yararsız hala salıb. Mingəçevirə qayıtmaq üçün isə növbəti cinayət əməlini reallaşdıraraq orada olan başqa bir VAZ-2106 markalı avtomobili qaçırıb.
Saxlanılan şəxs ifadəsində hadisəni sərxoş vəziyyətdə törətdiyini və əməlindən peşman olduğunu bildirib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar