Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycanda qaynını güllələyən şəxsə HÖKM OXUNDU

Baxılıb: 657     Tarix: 09-03-2021 11:58   

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmazda qaynını güllələyərək öldürməyə cəhddə təqsirləndirilən Fazil Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qanunvehedef.az "Report"a istinadən xəbər verir ki, hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, F.Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, hadisə ötən il Xaçmazın Ağtala kəndində baş verib.
İlkin məlumata görə, evə sərxoş vəziyyətdə gələn kənd sakini F.Quliyev həyat yoldaşı ilə mübahisə edib. Səs-küyə gələn qaynı, 1994-cü il təvəllüdlü Murad Rəsul oğlu Allahverdiyev onları sakitləşdirmək istəyib. Bundan daha da əsəbiləşən F.Quliyev onu öldürəcəyi ilə hədələyib. O, bir neçə  saat sonra ov tüfəngindən atəş açaraq Murad Allahverdiyevə həyat üçün təhlükəli olan xəsarət yetirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar