Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bərdə polisi əməliyyat keçirdi, 3 kq-dan artıq narkotik...

Baxılıb: 790     Tarix: 17-03-2021 11:35   

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotikləri qanunsuz olaraq əldə edib saxlamaqda və satışında şübhəli bilinən rayon sakini, əvvəllər Rusiya Federasiyasında məhkumluq həyatı yaşamış Elçin Haqverdiyev saxlanılıb.
Davam etdirilən araşdırmalarla E.Haqverdiyevin şəhər ərazisindəki yaşadığı evdən, eləcə də əvvəllər yaşadığı Alaçadırlı kəndindəki evdən və onun üzərindən müxtəlif qablaşdırmalarda 2 kiloqram 300 qramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Bundan başqa Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Laçın rayon sakini, əvvəllər məhkum edilmiş Tofiq Qurbanov saxlanılıb.
Onun Alaçadırlı kəndində yaşadığı ünvana və üzərinə baxış keçirilən zaman müxtəlif qablaşdırmalarda 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.шаблоны для dle 11.2



buy yes2win seo ranking