Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

DİN-dən ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldı - FOTO

Baxılıb: 648     Tarix: 31-03-2021 11:54   

Ödəmə terminalları və mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qanunvehedef.az-a verilən məlumata görə, mart ayının 23-də Lənkəran rayonunun Hirkan qəsəbəsində yerləşən bir mağazadan 800 manatlıq danışıq kartları, 150 manat dəyərində tütün məmulatları, 600 manat nağd pulun, həmçinin həmin mağazada yerləşən ödəmə terminalından 1910 manat pulun oğurlanması ilə bağlı polisə müraciət daxil olub. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Səadət Mirzəyev, Peyman Məstəliyev, Ramiz Cəbiyev və Zabir Hüseynzadə saxlanılıblar və törətdikləri əməli etiraf ediblər. Onların ətrafında aparılan əməliyyat tədbirləri ilə saxlanılan şəxslərin Astara rayonun ərazisindəki 1 "Kapital Bank" və 1 "MilliÖn" ödəmə terminalından və 2 mağazadan ümumilikdə 22099 manat nağd pul, 1300 manat dəyərində isə tütün məmulatları oğurladıqları da müəyyən edilib. Oğurlanmış pul və danışıq karltarı onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar