Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanda körpə uşağı ananın gözü önündə ÖLDÜRDÜLƏR - Tanımadığı şəxs...

Baxılıb: 418     Tarix: 17-05-2021 12:15   

Tərtər rayonunda qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Publika.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 2 iyul 2020-ci il tarixdə Tərtər rayon sakini Lamiyə Əliyevanın öldürülməsinə cəhd edilməsi, azyaşlı oğlu Ömər Ağazadənin öldürülməsi faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, rayon sakini Elmir Hüseynov heç bir səbəb olmadan, xuliqanlıq niyyəti ilə əvvəlcədən tanımadığı Lamiyə Əliyevaya küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib, sonra isə onun gözləri qarşısında azyaşlı oğlu Ömər Ağazadəyə xəsarətlər yetirərək qəsdən öldürüb.
Elmir Hüseynov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.шаблоны для dle 11.2