Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Neftçalada qadın ərini öldürüb, meyitini yandırdı

Baxılıb: 729     Tarix: 20-05-2021 13:24   

Neftçalada itkin düşən kişinin yandırılmış meyiti tapılıb
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, rayonun Aşağı Surra kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərov Qalib Cabir oğlu 2021-ci il mayın 11-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onunla qeyri-rəsmi nikah münasibətində olan, əslən Lerik rayonundan olan 1960-cı il təvəllüdlü Şahzadə Nəzir qızı Məhərrəmova polis şöbəsinə məlumat verilib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Əsgərovun həyətdə yandırılmış meyiti aşkar edilib. Onun həyat yoldaşı Ş.Məhərrəmova şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq zamanı Ş.Məhərrəmova ərini qətlə yetirdikdən sonra öz həyətlərində yandıraraq basdırdığını etiraf edib.
Faktla bağlı araşdırma aparılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar