Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

BAKIDA MƏHKƏMƏ HAKİMİ ARVADINI ÖLDÜRDÜ - Odlu silahdan atəş açıb...

Baxılıb: 543     Tarix: 31-05-2021 09:22   

Bakıda qətl törədilib.
APA xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.
Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğundan araşdırma aparılır.
Qeyd edək ki, qətli törədən 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.
***
Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar