Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Casusluqda ittiham olunan ermənilərə hökm oxundu

Baxılıb: 432     Tarix: 28-07-2021 14:15   

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Qanunvehedef.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verir və iş üzrə olan sənədlər tədqiq edilib.
Şahid qismində Vidadi Orucəliyev ifadə verib.
O bildirib ki, "N" saylı hərbi hissədə xidmət edib. "11 noyabr 2020-ci ildə Şuşa istiqamətində xidmət aparırdıq. Bu zaman gördük ki, iki nəfər Şuşa istiqamətində mövqelərimizi müşahidə edir. Biz onları saxladıq, sorğu-sual etdik. Bildik ki, onlar Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Biz onları müvafiq dövlət qurumlarına təhvil verdik".
Şahid qeyd edib ki, təqsirləndirilən şəxslər saxlanılarkən onlarda humanitar yardım aşkar olunmayıb: "Onların saxlandığı yerdən Xankəndi şəhərinə yol yox idi”.
Bu gün ifadə verməli olan digər şahid prosesdə iştirak etməyib. Həmin şahidlə bağlı Müdafiə Nazirliyin arayışı məhkəməyə daxil olub. Arayışda qeyd olunub ki, şahid qismində ifadə verməli olan zabit - polkovnik -leytenant Vüqar Abdullayev xüsusi tapşırıqla bağlı xidmətdə olduğundan yaxın müddətdə məhkəmədə iştirak edə bilməcəyək. Şahid istintaqa verdiyi ifadəni təsdiqlədiyini, məhkəmədə onun ifadəsinin elan olunmasını istəyib.
Məhkəmə V. Abdullayevin istintaqa verdiyi ifadəsini elan edib.
Şahid istintaqa verdiyi ifadəsində bildirib ki, 11 noyabr 2020-ci ildə Şuşa şəhərində hərbçi yoldaşı Vidadi Orucəliyevlə xidmət aparan zaman iki nəfərin onların mövqelərini müşahidə etdikləri aşkar ediblər:
"Biz onlara "dayan" əmri verdik. Onlar bizi başa düşmədilər. Onları sorğu-sual etdik, bizə rus dilində cavab verdilər. Şəxsiyyət vəsiqələri, pasportlarından aşkar etdik ki, onlar Ermənistan vətəndaşlarıdır. Onlardan burada nə iş gördüklərini soruşduq. Bizə cavab verə bilmədilər. Biz onları saxladıq, müvafiq dövlət qurumlarına verdik".
Bundan sonra prosesdə sənədlərin tədqiqi mərhələsinə keçirilib.
Daha sonra Sujyan Gevorg Rubenoviç çıxış edək peşman olduğunu deyib: "Hamınızdan üzr istəyirik, xahiş edirəm məni bağışlayasınız".
Digər təqsirləndirilən Davtyan Davit Tiqran da üzr istəyib: "Nə etmişəmsə, Allah mənim cəzamı versin".
Hakimlər məhkəmə istintaqının tamamlandığı elan ediblər.
İttiham nitqi ilə çıxış etmək üçün prokurora söz verilib.
Prosesdə prokuror çıxış edərək təqsirləndirilən şəxslərin hər birinə 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror həmçinin təqsirləndirilən şəxslərin cəzalarının başa çatandan sonra Azərbaycan hüdudlarından çıxarılmasını istəyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edib.
Daha sonra təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.
Onlar son sözlərində məhkəmədən bağışlanmalarını istəyiblər: "Məhkəmədə və istintaqda olan işçilərin hamısına təşəkkür edirik. Onlar bizə yaxşı münasibət göstərdilər".
Prosesdə hökm oxunub. Hökmə əsasən, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin hər biri 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib başa çatdırdıqdan sonra Azərbaycan hüdudlarından kənara çıxarılmalıdırlar.
Onlar cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Bununla da casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olaraq qrup şəklində Azərbaycan sərhədlərini qanunsuz keçərək hərbi məlumatlar toplayaraq Ermənistanın xüsusi xidmət orqanlarına ötürərək casusluq edib.
Belə ki, təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. Onlar 2020-ci il sentyabr ayında Davit Davtyanla birlikdə Sünikdən Gorusa, oradan da Azərbaycan ərazisinə daxil olublar. Təqsirləndirilən həmin ərazidə ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olaraq, qanunsuz silah-sursat əldə ediblər. Daha sonra onlar döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqeləri, say tərkibi və s. məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanların ötürülüblər.
2020-ci il noyabr 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə gələn zaman Azərbaycan Silahlı Qüvvələrin əməkdaşları tərəfindən saxlanılıblar.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq)
279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar