Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Həbsdə olan MTN işçisinin inanılmaz dələduzluğu - Əfv yalanı ilə pul yığıb

Baxılıb: 569     Tarix: 09-07-2018 10:44   

Sabiq MTN əməkdaşı məhkəmə önünə çıxarılır. Onun dələduzluğa görə həbs edildiyi və həbsxanada olduğu müddətdə də bir neçə nəfərə qarşı dələduzluq etdiyi üzə çıxıb. O, birlikdə cəza çəkdiyi məhbusları əfv siyahısına saldıracaqmış. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən sabiq MTN işçisi Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında Vüqar Allahverdiyevin ilginc cinayət əməlləri üzə çıxıb.
Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib.
Zərərçəkmiş şəxslərin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başla


Araşdırma zamanı Vüqar Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əmələ törətdiyi üzə çıxıb.
Belə ki, həbsxanada ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını bildirib. Naməlum şəxslər vasitəsi ilə Kəmalə Quliyevadan 3000, Firdovsi Məmmədovdan 2500, Namiq Həsənovdan 3000 manat alıb. Cinayət işi üzrə həmin xüsusatlar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.
V.Allahverdiyev ona qarşı irəli sürülmüş ittihamla özünü günahkar bilməyib. Heç kimdən əfv üçün pul almadığını deyib. Bəzi şəxslərdən isə borc pul aldığını bildirib. Məhkəmədə məlum olub ki, bu iş üzrə 6 nəfər zərərçəkmiş var.
Məhkəmə prosesinin davamında şahid qismində Tural Əliyev ifadə verib. O, zərərçəkmiş olduğunu desə də, işə düzəlmək üçün rüşvət verdiyi üçün zərərçəkmiş kimi tanınmayıb.
O, əvvəlcə təqsirləndirilən şəxsi tanımadığını deyib. Bildirib ki, MTN-ə işə düzəlmək üçün ona 12 min 700 manat verib. Amma iş alınmayandan sonra onun 13 saylı cəzaçəkmə müəssisəsində olduğunu öyrənib.



Tural Əliyev suallara cavabında Vüqar Allahverdiyevi haradan tanımasını və pulu necə verməsini belə danşıb: “2012-ci ildə bu şəxs bacımı istəyirdi və bizə elçi gələcəkdi. Bacımla danışırdılar. Amma bir müddət itdi. 2 il sonra yenidən anama zəng edib hal-əhval tuturdu. Bizim də bu işlə bağlı danışığımız bundan sonra oldu. Özü mənə zəng elədi. Danışığımızda işə düzəlmək istədiyimi bildi. MTN-də şöbə rəisi işlədiyini dedi. Mən görüşək deyəndə razılaşmırdı. Özü mənə zəng edirdi, amma nömrələr düşmürdü. Pulları hissə-hissə verdim. Aramızda telefon danışığı var, səs yazısı var. Orada məbləğ də var. Pulu şəxsin özünə yox, göndərdiyi sürücüyə vermişəm. Sonradan öyrəndim ki, bu həbsdə imiş”.
Təqsirləndirilən Vüqar Allahverdiyev isə şahidi yalan danışmaqda ittiham edilib. O bildirib ki, Tural Əliyevi Ülvi Tağıyevin vasitəsi ilə tanıyıb. Hakimin sualına cavab verən Tural Əliyev V.Allahverdiyevin dediyini təsdiqləyib və bildirib ki, Ülvi Tağıyev onun xalası oğludur.


V.Allahverdiyev söyləyib ki, Tural işə düzəlmək üçün pulu öz qohumu olan Ülvi Tağıyevə verib: “Mən MTN-də işləyəndə Ülvi Tağıyevin işçisi idim. Ülvi Tağıyev orada şöbə rəisi idi. Tural özü MTN-ə işə düzəlmək istəyəndə sənədlərini xalası oğlu Ülviyə vermişdi. Heç mənim bu söhbətdən xəbərim olmayıb”.
T.Əliyev isə bunları təsdiq etməyib və pulunun ona qaytarılmasını tələb edib. O bildirib ki, pulları bankdan kredit götürərək V.Allahverdiyevə verib. Məhkəmə iclasının davamında şahid Vüqar Yaqubov ifadə verib. O, “Ağ çiçəyim” gül dükanın işçisidir.
V.Yaqubov məhkəmədə sərbəst ifadə verib: “Mən işlədiyim dükanda gül satırdım, malları özüm çatdırırdım. Bu şəxs dəfələrlə bizdən mal alıb. Sonra mənim nömrəmi almışdı. Zəng edirdi, sifariş etdiyi gülləri mən aparırdım. Onun həbsxanada olduğunu bilmirdim. Sonra bizə 100 manat borcu qaldı. Dedi ki, atam Türkiyədən pul göndərəcək. Pulu mənim adıma göndərəcəkdi. 100 manatını götürüb, qalanını da ona verəcəkdim. Mən də banka yaxınlaşanda dedilər ki, pul gəlməyib. Mən sifariş verilən güllərin pulunu həbsxanadan götürürdüm. Qapıya yaxınlaşanda, pulu verirdilər, sifarişi aparıb ünvana çatdırırdım”
V.Allahverdiyev 7 saylı cəzaçəkmə müəssisəsində ola-ola başqa şəxslərə gül göndəməsini isə belə izah edib:“Tanışın, qohumun ad günü olanda göndərirdim”.



Məhkəmə araşdırması zamanı o da məlum olub ki, V.Allahverdiyev telefonla danışdığı şəxslərdən pulu Kəmalə Qasımova adlı qadına aparıb vermələrini istəyib.
İttihamları qəbul etməyərək aldığı pulları borc kimi götürdüyünü deyən V.Allahverdiyevə sual verilib ki, həbsxanada bu qədər pulu nə edirmiş?
V.Allahverdiyev bəzi ehtiyacları olduğu üçün həmin pulları aldığını bildirib. Məhkəmə iclası iyulun 19-da davam etdiriləcək.



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar