Xəbər lenti
12/09/2026 [12:31]
Sabah hava necə olacaq?
11/09/2026 [16:15]
Baş nazir iclas keçirdi
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakıda İşlədiyi evdən 80 minlik 6 üzük oğurladı - Bu cəza verildi

Baxılıb: 9214     Tarix: 10-08-2026 10:24   

Bakıda xadimə işlədiyi evdən dəyəri 80 500 manat olan 6 üzük oğurlayıb.

Qanunvehedef.az xəbər verir ki, ev sahibi Orxan İsmayılovun (soyadlar şərtidir) şikayətindən sonra həmin evdə çalışan 1993-cü il təvəllüdlü Gülər Abbasova polis tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Külli miqdarda oğurluq) maddəsi ilə iş açılıb.

Məlum olub ki, gənc qadın oğurladığı üzüklərin bir neçəsini “Moskva” univermağında satıb. O, daha sonra brilyant qaşlı bütün qızılları geri alaraq qaytarıb.

İş üzrə keçirilən məhkəmə prosesində O.İsmayılov xadimədən şikayətçi olmadığını bildirib.

Məhkəmə qadının oğurladığı qızılları geri qaytarmasını, ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı övladlarının olmasını nəzərə alaraq, onun barəsində həbslə bağlı olmayan hökm çıxarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülər Abbasovaya 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar