Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı

Baxılıb: 8217     Tarix: 17-08-2026 11:10   

Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması müəyyənləşib.

Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Planlaşdırılan toy məclisi isə təxirə salınıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar