Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Qusara qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü - DİN-dən çağırış

Baxılıb: 945     Tarix: 19-08-2026 10:25   

Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qanunvehedef.az xəbər verir ki, rayonun Bədirqala kəndində Elçin Fətəliyev idarə etdiyi “Ford Transit” markalı avtomobillə 4 yaşlı Əliyev Yaqub Samət oğlunu vurub. Nəticədə, azyaşlı aldığı xəsarətlərdən ölüb.

Bildirilib ki, dünən Y.Əliyev anası ilə Bakıdan Qusara qonaq gedib. Onlar avtobusdan düşüb yolu keçərkən uşaq nəqliyyat vasitəsinin qarşısına çıxıb və faciəvi hadisə baş verib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

***

DİN Mətbuat Xidmətinin Quba regional qrupu valideynlərə müraciət edərək, azyaşlı uşaqların yollarda təhlükəsizliyinə xüsusi diqqət yetirməyə, onların nəqliyyat vasitələrinin hərəkət etdiyi ərazilərdə nəzarətsiz buraxılmamasına çağırıb.

"Sürücülərdən isə yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yaşayış məntəqələrində və piyadaların hərəkət etdiyi ərazilərdə sürət həddini aşmamaları, xüsusilə uşaqların yola çıxma ehtimalının olduğu yerlərdə daha diqqətli və ehtiyatlı olmaları xahiş olunur. Hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışı insan həyatının qorunmasında mühüm əhəmiyyət daşıyır" - deyə, müraciətdə vurğulanıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}