Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

17 il beynəlxalq axtarışda olan şəxs - Azərbaycana gətirildi

Baxılıb: 9315     Tarix: 20-08-2026 11:28   

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən davam etdirilən antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışa verilmiş Ağalarov Namiq Rəşid oğlunun saxlanılaraq Azərbaycana gətirilməsi və istintaqa cəlb olunması təmin edilib.

Qanunvehedef.az DTX-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Namiq Ağalarov 2008-2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqində və beynəlxalq təşkilatların nümayəndələrinə, habelə beynəlxalq missiya yerinə yetirən müxtəlif ölkə vətəndaşlarına, eləcə də logistika şəbəkələrinə qarşı silahlı hücum əməliyyatlarının təşkilində iştirakda ittiham edilir.

Ötən illər ərzində məsuliyyətdən yayınmaq üçün müxtəlif adlar altında ayrı-ayrı ölkələrdə gizlənmiş Namiq Ağalarovun eyni zamanda cihad və radikal dini təbliğat fəaliyyəti ilə də məşğul olduğuna dair məlumatlar mövcuddur.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar