Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Baxılıb: 8210     Tarix: 02-09-2026 11:13   

Paytaxt sakini polisə müraciət edərək sosial şəbəkələrin birində dələduzluqla üzləşdiyini bildirib.

Qanunvehedef.az xəbər verir ki, o, “TikTok” sosial şəbəkəsində özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanı görərək ona müraciət edib.

Elan sahibi zərərçəkəni övladındakı “cini çıxaracağı” vədi ilə aldadaraq 3500 manat maddi vəsaitini ələ keçirib.

Zərərçəkənin şikayəti əsasında Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı L.İsmayılova müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar