Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Baxılıb: 947     Tarix: 07-09-2026 11:24   


Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb.

Qanunvehedef.az xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib.

Məlum olub ki, F.Poladov bacısı ilə Ramalın münasibətini öyrənib. O, “Tiktok” sosial şəbəkəsində bacısının Ramalla əl-ələ fotosunu görüb, həmçinin həmin şəxsin tez-tez “VAZ” markalı avtomobillə yaşadığı evin qarşısına gəldiyini öyrənib.

Bundan sonra F.Poladov Ramalı yaşadıqları evin yaxınlığına çağırıb. Gecə saat 02 radələrində baş tutan görüş zamanı yeniyetmə oğlan Ramala avtomobildə bıçaqla hücum edərək zərbələr endirib. R.Quliyev kəskin qan itirmədən ölüb.

Məhkəmənin hökmü ilə F.Poladova 9 il 6 ay həbs cəzası verilib.


Qanunvehedef.az

 





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar