Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azay Quliyevin “The London Post” portalında məqaləsi dərc edilib

Baxılıb: 519     Tarix: 28-05-2018 11:09   

 Böyük Britaniyanın “The London Post” portalında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevin “Müsəlman dünyasının ilk Qərb demokratiyası – Azərbaycan Xalq Cümhuriyyəti haqqında 5 fakt” adlı məqaləsi dərc edilib.
 
Qanunvehedef.az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin zəngin tarixindən seçilmiş 5 fakt vasitəsilə cəmi 23 ay mövcud olmasına  baxmayaraq, dövlət quruculuğu, insan hüquqları və digər sahələrdə apardığı siyasətlə bir çox Qərb ölkələri üçün nümunə rolunu oynamağa qadir olan Cümhuriyyət in fəaliyyəti ilə daha yaxından tanış edir.
 
Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyası üçün innovativ olan bir sıra yeniliklərin altından imza atıb.Hətta bir sıra Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi məsələsi məqalədə əksini tapıb.
Məqalədə qeyd edilir ki, Azərbaycan parlamenti milli tolerantlıq və digər  aspektlər baxımdan Qərb ölkələri üçün bir model idi. Parlamentin etnik tərkibi də Azərbaycan xalqının Cümhuriyyət ərazisində  yaşayan hər bir icmanın və qrupun fikirlərinə yüksək əhəmiyyət verdiyinin göstəricilərindəndir.
 
Müəllif qeyd edir ki, 20-ci əsrin əvvəlindəki mürəkkəb siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyərinin bir sıra böyük, tarixi əhəmiyyətə malik olan uğurlara imza atması əsl qəhrəmanlıq nümunəsidir.

шаблоны для dle 11.2