Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ərdoğanla Putinin müzakirə edəcəyi mövzular MƏLUM OLDU

Baxılıb: 885     Tarix: 05-03-2020 11:02   
Bu gün Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək görüşdə əsasən,Suriyadakı vəziyyət müzakirə olunacaq.
Qanunvehedef.az "Report"-a istinadən xəbər verir ki, Türkiyə Bəşşar Əsəd rejiminin İdlib əyalətində Soçi razılaşması sərhədlərinə geri çəkiməsini istəyir. Rəsmi Ankara İdlibdə hücumların dayandırlması, mülki şəxslərin Türkiyəyə köç etməsinin qarşısının alınması üçün davamlı atəşkəsin tətbiqini təklif edəcək. Əks halda, "Bahar qalxanı" əməliyyatı Əsəd qüvvələri Türkiyənin İdlibdəki müşahidə məntəqlərinin gerisinə çəkilincəyədək davam edəcək. Bundan başqa rəsmi Ankaranın təyyarə uçuşlarına qadağa qoyulan bölgə və hava sahəsindən istifadəni də danışıqlar masasına çıxaracağı gözlənilir.
Rusiya tərəfi isə Soçi razılaşmasının yenilənməsini təqdim edəcək. Rəsmi Moskva Suriyanın Serkib bölgəsindən keçən M-4 və M-5 avtomobil yollarının Əsəd rejiminin ixtiyarına verilməsini istəyəcək. Ruisya rejimə aid qüvvələrin nəzarətinə keçən bölgələrdəki Türkiyə Silahlı Qüvvələrinə məxsus müşahidə məntəqələrinin daha şimala və Türkiyə sərhədlərinə çəkilərək, qaçqın axınının qarşısının alınması üçün xidmətini təklif edəcək.
Rəsmi Moskva Suriya Milli Ordusu, Ahrar-üş-Şam, İhvan Feylak-əl-Şam, Türkmən-çeçen-özbək-dağıstanlı Nureddin Zeng Tuğayının tərksilah edilməsini istəyir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar