Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qənirə Paşayeva: Bəzi qurumlar təklif və tövsiyələrə əməl etmirlər"

Baxılıb: 1 149     Tarix: 01-05-2020 13:12   

"Hesablama Palatasının vəzifəsi sadəcə nöqsanları üzə çıxarmaqdan ibarət olmalı deyil".
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Hesablama Palatasının illik hesabatı haqqında" məsələnin müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
O, bildirib ki, hesabatda təklif və tövsiyələr hissəsinə xüsusi diqqətlə baxır:
"Ancaq bu təklif və tövsiyələr illərlə təkrarlanır. Bu təkliflər ölkə başçısının ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı siyasətinin gücləndirilməsinə xidmət edən təkliflərdir. Ancaq bəzi qurumlar bu təklif və tövsiyələrə əməl etmirlər. Demək ki, məsələnin kökündə ciddi dəyişiklik və islahatlara ehtiyac var. Ona görə də bu təklif və tövsiyələrə əməl etməyən qurumların adlarının çox geniş şəkildə açıqlanması çox vacibdir. Eyni zamanda bu təklif və tövsiyələrə əməl edən qurumlar da açıqlanmalıdır. Həmkarlarımın vurğuladığı kimi bu sahədə qanunvericilikdə də təkmilləşmələr aparılmalıdır. Bununla dövlət büdcəsinə bərpa edilən vəsaitlərin həcmi də artırıla bilər. Onda növbəti dəfə bu hesabatlarda daha çox pozuntuların azalmasından və büdcəyə daha çox vəsaitin cəlb olunmasından danışa bilərik".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar