Xəbər lenti
04/11/2025 [13:30]
Sabah leysan yağacaq
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

AKP-dən erkən seçki açıqlaması

Baxılıb: 795     Tarix: 03-01-2021 13:10   

Türkiyədə növbədənkənar seçki olmayacaq.
Qanunvehedef.az xəbər verir ki bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Qurtulmuş bildirib.
O, Türkiyədə növbədənkənar seçki müzakirəsinin zaman itkisi olduğunu bildirib:
“Növbədənkənar seçki iddialarının gündəmə gətirilməsinin səbəbi siyasi məkan formalaşdırmaq istəyidir. Bu mübahisələr vasitəsilə hökumət əleyhinə bloku gücləndirmək istəyirlər. Növbədənkənar seçkini irəliyə çəkərək, özlərinə görə yeni bir sistem təklifini gündəmə gətirəcəkləri mühit yaratmağa çalışırlar. Türkiyədə hər zaman növbədənkənar seçki müzakirələri müxalifət tərəfindən gündəmə gətirilir. Növbədənkənar seçki məsələsində addım atılması üçün rasional şərtlər lazımdır. Yəni iqtidar partiyası və partiyalarının parlamentdəki üstünlüklərinin təhlükə altında olmaları lazımdır. Bu gün rasional şərtlərin heç birisi məsələ deyil”.шаблоны для dle 11.2