Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əli Əsədov COVID-19-la mübarizə tədbirlərindən danışdı

Baxılıb: 955     Tarix: 07-01-2021 12:56   

"Bütün dünyanın bu pandemiyaya hazırlığı aşağı səviyyədə olduğu kimi, biz də bu xəstəliyə lazımi dərəcədə hazır deyildik. Ancaq Sizin rəhbərliyinizlə qısa müddət ərzində çox operativ tədbirlər görülüb".
Bu sözləri Operativ Qərargahın rəhbəri, Baş nazir Əli Əsədov yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.
O bildirib ki, bütün dünyanı bürüyən COVID-19 xəstəliyi ilə əlaqədar Prezidentin sərəncamı ilə fevralın 27-də Operativ Qərargah yaradılıb:
"Həmin tarixdən başlayaraq bu xəstəliklə mübarizə bir neçə mərhələ keçib. Sizin və çox hörmətli Birinci vitse-prezident Mehriban xanımın birbaşa tapşırığı və tövsiyələri ilə biz də öz fəaliyyətimizi Ümumdünya Səhiyyə Təşkilatının, həkimlərimizin və qonşu ölkələrin təcrübəsinə, aparılan protokollara uyğun olaraq qurduq.
Bütün potensial imkanlar - insan resursları, maliyyə resursları və inzibati resurslar səfərbər olunub. İl ərzində bu istiqamətdə Sizin rəhbərliyinizlə bir neçə dəfə müşavirə keçirilib və bu müşavirələrdə görülmüş işlər barədə məlumatlar verilib.
Cənab Prezident, təbii olaraq bütün dünyanın bu pandemiyaya hazırlığı aşağı səviyyədə olduğu kimi, biz də bu xəstəliyə lazımi dərəcədə hazır deyildik. Ancaq Sizin rəhbərliyinizlə qısa müddət ərzində görülmüş çox operativ tədbirlər nəticəsində laboratoriyaların sayı artırılıb, maska və dərman qıtlığı aradan qaldırılıb, yeni süni tənəffüs aparatlarının (ECMO) alınması təmin edilib.
Xüsusi olaraq bu xəstəliklə mübarizə üçün qısa müddət ərzində modul tipli xəstəxanalar yaradılıb, mövcud xəstəxanaların formatı və reanimasiya şöbələrinin şəraiti dəyişdirilərək koronavirusla mübarizəyə cəlb edilib".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar