Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Zelenski: Cənab Bayden, niyə biz orda deyilik?!

Baxılıb: 717     Tarix: 01-02-2021 12:59   

Cozef Baydenin dövründə Ukrayna-ABŞ münasibətlərinin yeni mərhələyə daxil olacağına ümid edirəm.
Qanunvehedef.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Mən istərdim ki, biz yeni mərhələyə daxil olaq. Prezident Bayden deyirdi ki, o, Avropanın təhlükəsizliyi üçün çalışacaq. Bizim üçün bu vacibdir, çünki Avropanın təhlükəsizliyi bizimlə bağlıdır. Ukraynanın şərqində müharibə, Krımın Rusiya tərəfindən anneksiyası davam edir. Ona görə də istərdim ki, Ukrayna ilə yaxşı tanış olan ABŞ, xüsusilə, Prezident Bayden bizə bu faciəvi situasiyadan çıxmağa kömək etsin. Mənim çox sadə sualım var: Cənab Prezident, niyə biz hələ də NATO-da deyilik?
Əgər Ukrayna NATO-da olsaydı, ölkənin şərqində eskalasiya olmazdı. İndi biz Avropanı müdafiə edirik. Biz Avropaya köməyinə görə, sanksiyalara görə minnətdarıq. Biz ABŞ-a minnətdarıq. Sanksiyalar vacibdir, amma sanksiyalarla siz insan həyatını geri qaytara bilməzsiniz”, – deyə o bildirib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar