Bakıya bu dəstəyinə görə minnətdarıq – Pakistan səfiri
Baxılıb: 851 Tarix: 05-02-2021 14:31
Pakistanın illərdir yaşanan Cammu və Kəşmir problemində qardaş Azərbaycanın verdiyi dəstəyə görə minnətdarıq.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Pakistanın ölkəmizdəki səfiri Bilal Haye Kəşmirlə Həmrəylik Gününə həsr olunmuş tədbirdə deyib.
Səfir Azərbaycan dövləti və xalqının hər zaman bu münaqişədə Pakistan tərəfini cəsarətlə dəstəklədiyindən məmnun olduğunu vurğulayıb:
“Azərbaycan xalqı Pakistanın Cammu və Kəşmir problemini yaxşı başa düşür, çünki Azərbaycan xalqı işğalın nə olduğunu bilir. Azərbaycan hökuməti illərlə işğal altında olan torpaqları danışıqlar vasitəsilə geri almağa çalışsa da, bu, bir nəticə vermədi. Sonda məğrur Azərbaycan Ordusu Vətən müharibəsi nəticəsində öz torpaqlarını geri aldı. Bu bizi xeyli ruhlandırdı, lakin bildiyiniz kimi, Pakistan və Hindistan nüvə silahına sahib ölkələrdir və bu iki ölkə arasında baş tutacaq müharibə nəinki regionu, eləcə də bütün dünyanı ciddi bir təhlükə ilə üz-üzə qoya bilər. Ümid edirəm ki, Kəşmir xalqı da tezliklə azərbaycanlı qardaşlarımız kimi öz azadlığına qovuşacaq”, – deyə səfir bildirib.

Ən çox oxunanlar
Son xəbərlər