Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Vasif Talıbov bir qrup şəxsi təltif etdi - Sərəncam

Baxılıb: 682     Tarix: 08-02-2021 11:19   

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında sərəncam imzalayıb.
Qanunvehedef.az xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilib:
Əliyeva Səbahət Əli qızı
Nəcəfova Tərlan Məhəmməd qızı
Zeynalova İradə İsmayıl qızı − “Əməkdar müəllim” fəxri adı ilə;
Tarverdiyev Məhərrəm Novruz oğlu – “Əməkdar həkim” fəxri adı ilə;
Novruzov Elxan Yunis oğlu – “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə;
Xıdırov Əhliman Mehman oğlu – “Əməkdar hüquqşünas” fəxri adı ilə;
Rzayeva Xoşqədəm Hüseyn qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;
Hüseynova Mehparə Səfər qızı – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə;
Mehdiyev Samir Əyyub oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.
Qeyd edək ki, fevralın 9-u Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümüdür.
шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking