Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Korotçenko Putinlə Əliyevi müqayisə etdi

Baxılıb: 787     Tarix: 11-02-2021 12:06   

Müasir dünyada xarici siyasəti tam müstəqil həyata keçirə bilən, kənardan təsiretmə cəhdlərini, müdaxiləni inkar edən çox az ölkə var. Şübhəsiz ki, onların arasında Rusiya da, Azərbaycan da yer alır. Putin və Əliyev buna tam olaraq nail olub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı hərbi ekspert, politoloq İqor Korotçenko mətbuat konfransı zamanı danışıb.
“Liderlərimiz eyni siyasi çaplı fiqurlardır. Düşünürəm ki, müasir dünyanı faktiki olaraq dəyişdirən 44 günlük müharibə, buna uyğun olaraq da Azərbaycanın qələbəsi ötən 2020-ci ilin əsas siyasi hadisəsidir. Bəlkə də biz hələ eyforiyaya qapanıb, bu qələbənin dünya proseslərinin gedişatına təsirini dərk etmirik, amma buna baxmayaraq, belədir. Müharibə ədalətli idi, Azərbaycan üçün Vətən müharibəsi idi. Bu müharibəni PUA-lar deyil, insanlar, xalq, ölkə, prezident qazanıb. Bütün ulduzlar Azərbaycanın qalib gəlməsinin tərəfdarı idi”, - o qeyd edib.шаблоны для dle 11.2