Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KİVDF niyə ləğv edildi? - Yeni icraçı direktor açıqladı

Baxılıb: 519     Tarix: 16-02-2021 13:14   

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv edilərək yerinə Medianın İnkişafı Agentliyinin yaradılmasının səbəbləri açıqlanıb.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "QəbuldASAN” verilişində bildirib ki, KİVDF-nin təşkilatı-hüquqi forması geniş tədbirlərin həyata keçirilməsinə imkan vermirdi:
“Biz həmin fond çərçivəsində işlərimizi görərkən və media sahəsindəki prosesləri təhlil edərkən gördük ki, bu fondun ümumiyyətlə təşkilati-hüquqi forması media sahəsində geniş islahatların aparılmasına və medianın bütün sahələrini əhatə etməyə imkan vermirdi. Yəni fondun təşkilatı-hüquqi formasının medianın yalnız maliyyə dəstəyini həyata keçirməklə müəyyən istiqamətdə işlərin görülməsi kimi bir çərçivəsi var idi.
Bu təşkilati-hüquqi forma medianın bütün sahələrini, ümumiyyətlə jurnalistlərlə yaxından işlərin görülməsi, onların ixtisas və peşələrinin artırılması üzrə tədbirlərin görülməinə imkan vermirdi. Bu səbəbdən də bizim təhlillərimiz göstərdi ki, yeni təşkilati-hüquqi formaya keçimək zərurəti vardı və cənab Prezidentin fərmanı ilə yeni təşkilatı-hüquqi formada, publik-hüquqi şəxs olaraq Medianın İnkaşı Agentliyinin yaradılması barədə qərar verildi”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar