Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Fazil Mustafa: Cəmiyyətin içinə bu minalar basdırılır

Baxılıb: 622     Tarix: 23-02-2021 13:04   

Bizdə ictimai rəyə əhəmiyyət verilməsi aşağı səviyyədədir. Biz məsələ qaldırdıq ki, idman zalları açılmalıdır, toy məsələsinə baxılmalıdır. Amma qaldırdığımız məsələ elə burada, ən ali tribunada da qaldı. Reaksiya olmadı. Heç olmasa deyin ki, biz, buna gedə bilmərik. Əks cavab verən də yoxdur. Bu məsələ ciddi şəkildə hamını narahat etməlidir.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında deputat Fazil Mustafa səsləndirib.
Millət vəkili spiker Sahibə Qafarovanın yaxşı ənənə yaratdığını deyib:
“Xocalı soyqrımı ilə bağlı bizə dəstək verən parlamentlərlə işçi qrupları səviyyəsində əlaqələr yaradılır, onlara minnətdarlıq olunur. Çox müsbət haldır. Hesab edirəm ki, hansı ölkədə Azərbaycana münasibətdə müsbət fikir işlədilirsə, biz buna diqqətlə yanaşmalıyıq”.
Deputat İslam Universiteti ilə bağlı məsələni də qaldırıb:
“2013-cü ilə qədər olan diplomlarla bağlı problem yaranıb. Təhsil Nazirliyi bu məsələdə haqlıdır. Amma bu, tələbənin günahı deyil. Azərbaycanda hüquq ənənəsinə diqqət etməliyik. Ali Məhkəmə bir qərar çıxara və bununla da məsələ həllini tapa bilər. Çünki həmin tələbələr təhsillərini davam etdirə bilmirlər”.
Fazil Mustafa daha sonra qeyd edib ki, Qarabağda basdırılan minalardan daha təhlükəsi cəhalət minasıdır. Belə minalar bizim dövlətçiliyimizin altında basdırılır və onlar partlayanda əziyyət çəkəcəyik.
Spiker Sahibə Qafarova isə deputatın idman zalları haqda fikirləri ilə razılaşmayıb:
“Operativ Qərargah cəmiyyətə ətraflı məlumat verir. Səbəb də pandemiyadır. Ona görə bunları bağlayıblar”.шаблоны для dle 11.2



Ən çox oxunanlar