Niyə İlham Əliyev ermənilər üçün narahat olmalıdır? - Aytmatov
Baxılıb: 733 Tarix: 09-03-2021 12:59
Ermənistan rəhbərliyi xaos içində olub ölkənin perspektivlərini anlamadığı zaman, İlham Əliyev öz vədlərini qüsursuz şəkildə yerinə yetirir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri qazaxıstanlı politoloq Atbek Aytmatov İlham Əliyevin Ermənistanın 10 noyabr bəyannaməsinə dair öhdəliklərini icra etməkdən boyun qaçırmağa cəhd etməsi haqda səsləndirdiyi fikirlərini Vzqlyad.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda Ermənistanın absurd bir vəziyyətdə yaşadığı müşahidə edilir:
“İlham Əliyev erməni tərəfinin nəqliyyat dəhlizlərinin reallaşdırılmasından boyun qaçırdığını söylədiyi zaman biz Ermənistanın iqtisadi faydalar və xalqın güzaranını yaxşılaşdırmaq haqda düşünməyən, pararlel bir reallıqda yaşadığını görürük. Bu reallıqda Azərbaycan və onunla əməkdaşlıq etmək imkanının Ermənistan üçün bir növ təhlükəsizlik kəməri rolunu oynadığını ya anlamırlar, ya da anlamaq istəmirlər”.
Ekspertin sözlərinə görə, Ermənistan iqtisadiyyatını xilas etməyin yeganə yolu ölkəni ağır yoxsulluq vəziyyətindən çıxarmaqdır:
“Ümumiyyətlə, İrəvan nə düşünür? Düşünür ki, 30 il onun razılığını gözləyib yalvaracaqlar? Bəs fikirləşmir ki, Azərbaycandan gələn bu imkanı itirə bilər? Niyə İlham Əliyev Ermənistan və ermənilər üçün narahat olmalıdır? Niyə də ermənilərin özləri, “beyinlərini” işə salıb öz ölkələrinin xeyrinə fəaliyyət göstərməsinlər?
Hazırda, dəqiq deyə bilərəm ki, MDB məkanında bir çox ölkə iqtisadi təcrid vəziyyətində boğulan, lakin xarici ölkələrlə əməkdaşlıq etmək istəməyən Ermənistana böyük təəccüblə baxırlar”.
Ən çox oxunanlar
Son xəbərlər