Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Qələbə ətirli bahar

Baxılıb: 1 337     Tarix: 20-03-2021 10:27   
 
Bu gün xalqımızın əziz bayramı Novruz münasibətilə təbriklərimizin, ən xoş arzu-diləklərimizin ilkin ünvanı torpaqlarımızı qanları bahasına işğaldan azad edən şəhid ailələri, Vətən müharibəsi əlilləri, qaziləridir. Onları hörmət, qayğı və diqqət göstərmək hamımızın borcumuzdur. Elə düşmən üzərində qələbəmizi şərtləndirən əsas səbəblərdən biri də Vətən müharibəsinin gedişində Azərbaycan xalqının – bütövlükdə cəmiyyətin, ictimai birliklərin, əmək kollektivlərinin, millət vəkillərinin, ziyalıların, vətəndaşların ordu ilə birliyi, döyüşən əsgər və zabitlərimizə mənəvi dəstəyi olmuşdur. Bu vəhdət indi – şanlı Zəfər əldə ediləndən sonra da davam etməkdədir.
Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin əfv sərəncamı ilə xeyli sayda məhbusun cəzasının çəkilməmiş hisəsindən azad edilməsi onların özlərinə və ailələrinə hüdudsuz sevincə bəxş edən böyük bayram hədiyyəsi oldu.  Dövlətimizin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanist siyasətini alqışlayan Azərbaycan cəmiyyəti artıq çoxdandır ki, böyük bayramlar münasibətilə dövlət başçısının imzaladığı əfv sərəncamlarına, Milli Məclisin qəbul etdiyi amnistiyalara ümid edir. 30 illik həsrətə son qoyan Qələbədən böyük nə bayram ola bilər ki?! Ona görə də Azərbaycan xalqı bu münasibətlə də dövlətimizin humanist addım atacağına şübhə etmirdi. Ümid edirik ki, dövlətin bu humanist siyasətindən bəhrələnən vətəndaşlarımız cəmiyyətin tərəqqipərvər qüvvələrinin sırasında yer alacaqlar.
Qarşıda bizi işğaldan azad olunmuş Qarabağda dinc quruculuq, abadlıq işləri gözləyir. Həmin tərəqqiyönlü nəhəng layihələrin gerçəkləşməsi üçün vətəndaş olaraq hər birimiz dövlətimizə kömək etməli, indi qazandığımız Şanlı Qələbədən dolayı yaşadığımız qürur hissini Qarabağın dirçəlməsinə verəcəyimiz töhfələrlə daha da artırmalıyıq.  
Bütün Azərbaycan xalqını, şirvanlıları, seçicilərimi Novruz bayramı münasibətilə təbrik edir, hər bir evə, hər bir ailəyə firavanlıq, səadət arzulayıram.

İltizam Yusifov,
Milli Məclisin deputatı
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər