Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xankəndidə milyonçularla nahar… - Muradov nə ilə məşğuldur?

Baxılıb: 648     Tarix: 12-04-2021 14:42   

Ermənistanda Köçəryanın timsalında revanşistlərə dəstək verən Rusiya eyni xətti Qarabağda da davam etdirir. Sülhməramlıların komandanı Rüstəm Muradovun Xankəndidə görüşdüyü ermənilər bu kontekstdə təsadüfi deyil.
Bakıdan “əliboş” qayıdan Rüstəm Xankəndidə iki biznesmenlə - bank sahibi Artak Balayan və milyonçu Armen Balayanla nahar edib. Armen Balayan Robert Köçəryana yaxınlığı ilə tanınır. Bu naharın Putin-Köçəryan görüşündən sonra olması xüsusilə diqqət çəkir.
Birincisi: Rusiya İrəvanda Köçəryan, Xankəndidə Balasanyan komandasını gücləndirir. Növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayan Rusiya Erməniləri Birliyinin rəhbəri (REB), milyonçu Ara Abramyanın əsas missiyasından biri də seçkidə rus cəbhəsinin maliyyəsini təmin etmək olacaq. Xankəndidə də Muradov pullu erməniləri Balasanyan komandasının maliyyələşməsinə cəlb edir.
İkincisi: Rusiya Qarabağa qaytardığı ermənilərin orada yaşaması üçün lazım olan maliyyə vəsaitini erməni biznesmenlərin üzərinə qoyur.
Hər iki məqsəd rusların bölgədə qalmasının ömrünü uzatmağa hesablanıb.
Burada rusların cavab verməli olduğu sual yaranır: Muradov Qarabağda sülhü təmin edir, yoxsa siyasətlə məşğuldur?



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar