Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İlham Əliyevin arxalandığı ən böyük güc… - Millət vəkili

Baxılıb: 644     Tarix: 13-04-2021 14:09   

Dünən təntənəli açılışı olan Hərbi Qənimətlər Parkı təkcə dağıdıcı silahların, bir vaxtlar keçilməz sayılan istehkamların deyil, ilk növbədə torpağın üstü əvəzinə altında rahat yaşayan erməniçiliyin şəklidir. Ora ziyarətə gələn milyonlarla azərbaycanlı üçün düşmən ordusunun həqiqi simasının yeni adı 8 Noyabr prospektidir. Bəli, düz 30 il Qarabağ və ətraf ərazilər özü boyda qənimətlər parkı idi, lakin düşmən o əraziləri özü üçün məzarlığa çevirdi.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri deputat Zahid Oruc bugünkü iclasda çıxış zamanı deyib.
“Müstəqil Azərbaycan dövlətinin son 100 illik tarixində ilk dəfə, o cümlədən keçmiş sovet ölkələri içərisində qalibiyyət və qənimət meydanı olan bir neçə ölkədən biriyik. Hərbi Qənimətlər Parkı olan London, Vyana, Paris isə 100-200 il əvvəlki tarixin irsini daşıyır.
Faşizm üzərində qələbədə olduğu kimi, 21-ci əsrdə erməni əsgəri texnikası ilə birgə təslim olmuşdu. O park milyonlarla insanımız üçün qəlb rahatlığı yeridir, çünki 3 min şəhidimizin qisasının alındığı erməni məzarlığıdır, Qalib Ordumuzun yaratdığı əsərdir, ən yaxşı hərbi məktəbdir, institutdur, nəhayət, and yeridir. Çünki o texnika-texnologiyaları hərbi müdavimlər, gələcəyin generalları gəlib gerçək dərslər kimi öyrənəcəklər. 44 gündə hər an döyüş meydanlarından gözlədiyimiz xəbərlərin özü gəlib paytaxtımıza. O meydana gətirilməyən düşmən silahının öz başına endirildiyi digər qənimətlər də var. Bu, təkcə iqtisadi qazanc deyil, həm də həyatını itirə biləcək minlərlə insanımızın qorunması deməkdir.
Ali Baş Komandan qarşısında çıxış edən xüsusi təyinatlılar qəhrəmanlıqla döyüşdükləri kimi, həm də parlaq və təsirli nitq söylədilər, natiqlik bacarıqlarını göstərdilər. Heç bir partiya, hərəkat, qrup belə yüksək nüfuza malik deyil, ona görə yox ki, silahları yoxdur, ona görə ki, bütün millətimizin vahidliyini Prezidentdən sonra təmsil edən yeganə gücdür.
Bəli, Ordumuz siyasətdən kənardır, lakin qalib general və əsgərlərimiz dövlətimizə təkcə silahla deyil, həm də hökumətdə, parlamentdə, icra hakimiyyəti orqanlarında dürüstlükləri, cəsarətləri və vətənpərvərlikləri ilə xidmət edəcəklər.
Vaxtilə Atatürkün Cümhuriyyət qurandan sonra ən böyük silahdaşları ordunun özü olmuşdu. İndi İlham Əliyevin ən güclü partiyası milyonlarla insanımızın, heç bir siyasi qüvvənin fərq qoymadığı Şanlı Ordumuzdur.
Erməni silahlı qüvvələrinin isə cəmi 44 günlük canı varmış!”шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar