SOSİAL ŞƏBƏKƏDƏ DƏ VAR DEPUTAT, VAR MİLLƏT VƏKİLİ
Baxılıb: 1 030 Tarix: 20-05-2021 12:02
Vətən müharibəsində şücaət göstərmiş igid Şəki oğullarının çoxu Vüqar İskəndərovdan döyüşçü ruhu əxz etmiş gənclərdir
Dövrümüzün mühüm gerçəklik və məfhumlarından olan internet resursları, yaşamımıza bir çox istiqamət və aspekt üzrə təsir edən və cəmiyyətin həyatında, düşüncə və davranışlarında ciddi rol oynayan və getdikcə də rolunu daha da artıran bir amildir. Və internet reallığının mühüm komponentlərindən biri də, bu günkü gündə şübhəsiz ki, sosial şəbəkələr və xüsusən də, “facebook” seqmentidir.
Bizim toxunmaq istədiyimiz mövzu isə; prinsip etibarilə yetərincə faydalı və önəmli bir vasitə olan facebook-un “like” funksiyası/elementi ilə bağlıdır.
Əvvəla bunu qeyd etmək lazım gəlir ki, özlüyündə “like”, mənfi və ziyanlı bir fenomen hesab oluna bilməz, əksinə bu element, sosial şəbəkə olan facebook-un təbii anlamına; insanlar arasındakı kontakt və ünsiyyətin artırılmasına, fikir və düşüncə mübadiləsinə və bilgi qaynağı roluna yardımçı olacaq bir səciyyəyə sahibdir.
Lakin ilginc olan məqam budur ki, toplumumuzun gündəlik həyatının əhəmiyyətli bir parçasına çevrilən “facebook məkanı”nda, belə desək, bir “like hərisliyi” və “acgözlüyü” müşahidə olunmaqdadır. İnsanlar “like”-a, qeyri-adi bir önəm yükləməkdə və onu az qala, həyatın ən vacib ünsürlərindən biri olaraq görməkdədirlər. Özü də bu təmayülə sahib olanlar, bir neçə faizi deyil, görməzdən gəlinməyəcək qədər yüksək faizi və kəsimi təşkil edirlər. Yəni hətta “facebook” istifadəçiləri arasında demək olar ki, “like hərisi” olmayan ya da “like”-ə böyük önəm verməyən, çox az nisbətdə istifadəçi mövcuddur.
Təəssüf doğrucu məqam bundan ibarətdir ki, “Like” hərisləri arasında öncül ziyalılara, zəki, geniş dünyagörüşlü insanlara, o cümlədən, deputatlara da rast gəlinir.
Psixoloqlar “like psixologiyası”nın səbəblərini axtararkəın maraqlı nəticələrə gəliblər. Məsələn, hesab edirlər ki, kimsə, kimsəyə öz eqosunu güzəştə getməyəcəyi kimi, kimsə də, hansısa marağı olmadan, “like” etməz. Misalçün, əgər seçici deputatlığa namizədə seçki marafonunda sosial şəbəkə üzərindən də dəstək veribsə, namizəd depuatat mandatı qazanandan sonra onun profilinin/səhifəsinin izləyicisi azalıbsa, deməli, seçicinin/izləyicinin ona marağı azalıb. Bunun səbəbini deputat ilk növbədə özündə axtarmalıdır. Fikirləşib özü-özünə sual verməlidir – seçicisinin etimadını doğruldubmu, ya yox? Alin qanunverici orqanda fəaliyyəti qaneedici olubmu, ya yox? Dediyi sözü tutubmu, ya yox? Simasını qoryub saxlayıbmı, ya yox? O başqa məsələdir ki, deputat bir vaxtlar dəstəyinə ehtiyac duyduğu kontingenti və ya onun bir qismini deputat olandan sonra daha özünə bab, tay hesab eləmir.
Ancaq günümüzdə necə ki seçicilərinin, eləcə də “facebook” dostlarının qədrini bilən sözün həqiqi mənasında millət vəkilləri də vardır. Bu sırada öncüllərdən biri kimi, 113 saylı Şəki şəhər Seçki Dairəsindən seçilmiş Vüqar İskəndərovun adını çəkmək olar. Vüqar müəllimin “facebook” profili və “Vüqar İskəndərova dəstək” səhifəsi onun depuatlığa namizəd olduğu dövrdə necə aktiv idisə, Milli Məclisə üzv seçiləndən sonra da populyarlığını qoruyub saxlayıb, hətta artırıb da. Hörmətli millət vəkili eynən relda olduğuu kimi, virtual məkanda da ona dostluq təklif edənlərin hamısının əlini sıxır. Təkcə seçicilərinin/potensial seçicilərinin deyil, hamının istək və arzularını nəzərə almağa, problemlərinin həllinə köməklik göstərməyə çalışır. Çünki o, təkcə şəkililərin deyil, bütün millətin vəkilidir.
Sağlam bədəndə sağlam ruh olar. Vüqar İskəndərovun sağlam ruha, pak amala, saf əqidəyə malik oplmasının bir səbəbi də sözsüz, onun idmançı olmasıdır. Əvvəllər Şəki Şəhər Gənclər və İdman İdarəsinə rəhbərlik etdiyi vaxt rayon əhalisinin, xüsusilə də gənclərin dərin hörmətini qazanan Vüqar müəllimin bir zaman əlbəyaxa döyüş sənəti və fəlsəfəsindən dərs demiş olduğu uşaq və yeniyetmələr 2020-ci ilin payızında Vətən müharibəsində də igidlikləri ilə seçildilər. Onların arasında şəhid, qazi olub dövlət tərəfindən təltif olunanlar da çoxdur. V.İskəndərov onların və ailələrinin qayğılarını bölüşür, problemlərinin həlli üçün əlindən gələn köməkjliyi əsirgəmir.
Hörmətli millət vəkili Vüqar İskəndərova bundan sonra da uzun ömür, möhkəm can sağlığı, ali qanunverici orqanda düşərli fəaliyyətində uğurlar arzulayırıq.
Pünhan Şükür
Ən çox oxunanlar
Son xəbərlər