Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Kim Çen İndən 24 gündür xəbər yoxdur

Baxılıb: 736     Tarix: 31-05-2021 10:38   

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen İn 24 gündür ictimaiyyət arasında görünmür.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın Birləşmə üzrə Nazirliyinin (Şimali Koreya ilə birləşmə məsələlərini kurasiya edir) sözçüsü mayın 31-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, dövlət başçısı sonuncu dəfə mayın 7-də ölkə paytaxtı Pxenyanda keçirilən konsertdə iştirak edib. Həmin gündən sonra o, xalq arasına çıxmayıb:
“Kim Çen İnin ictimaiyyət arasında görünməməsi bu il ən uzun dövr sayılır”.
Cənubi Koreya rəsmisi Şimali Koreya liderinin ictimaiyyət arasında görünməməsinin səbəbini açıqlamayıb. O deyib ki, indiki şəraitdə bu barədə dəyərləndirmə aparmaq yersiz hərəkət olar.
Qeyd edək ki, 2020-ci ilin mayında Kim Çen İnın ciddi xəstəliyi və ya ölümü barədə xəbərlər yayılmışdı. O, yalnız 20 gün sonra ictimaiyyət arasında görünmüşdü.
Şimali Koreya lideri 2011-ci ildə atası Kim Çen İr öldükdən sonra hakimiyyətə gəlib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar