Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Müstəqilliyimizin 30 ili: necə keçirəcəyik? – Vahid Əhmədov

Baxılıb: 598     Tarix: 11-06-2021 12:45   

  2020-ci il müstəqil Azərbaycanın tarixində mühim hadisələrlə yadda qaldı. 44 günlük Vətən müharibəsində qələbə qazandıq, ərazi bütövlüyümüzü bərpa etdik. Dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə Azərbaycan ciddi addımlar atdı və bu bəladan az itkilərlə çıxır. Artıq karantin rejimi ilə bağlı da ciddi yumşalmaların olduğunu görürük.
Qanunvehedef.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vahid Əhmədov deyib.
Vahid Əhmədov çıxışı zamanı təklif də irəli sürüb:
“Bu il Müstəqillik Aktının qəbul olunmasının 30 ili tamam olur. Biz bu zalda 30 il bundan qabaq bu Aktı qəbul etmişik, müstəqilliyimizi elan etmişik. Bizi müstəqil dövlət kimi ilk olaraq Türkiyə, ikinci isə Pakistan tanıyıb. 1918-ci ildə müstəqil Azərbaycan cəmi 23 ay yaşayıbsa, 1991-ci ildə elan etdiyimiz müstəqillik 30 ildir davam edir. Təklif edirəm ki, parlament bununla bağlı bir tədbirlər planı hazırlasın və bütün dünyaya bəyan edək ki, biz 30 ildir müstəqillik, ərazi bütövlüyümüzü bərpa etmişik”.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar