Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Baxılıb: 838     Tarix: 13-06-2021 16:00   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-14-də keçiriləcək NATO dövlət və hökumət başçılarının zirvə toplantısına qatılmaq üçün Brüsselə səfər edəcək.
Qanunvehedef.az Report-a istinadla xəbər verir ki, toplantıda NATO-nun gələcək inkişafı, alyansın təhlükəsizliyinə təhdidlərlə yanaşı, Əfqanıstana qətiyyətli dəstək missiyasının başa çatması fonunda bu ölkəyə dəstəyin davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda Türkiyə liderinin bəzi müttəfiq ölkələrin rəhbərləri ilə ikitərəfli görüşlərinin keeçirilməsi planlaşdırılır.
Ərdoğan Belçika səfərindən sonra iyunun 15-16-da Azərbycanda rəsmi səfər edəcək. Səfər çərçivəsində Şuşada ikitərəfli görüşlər keçiriləcək. Görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları müzakirə ediləcək.
Türkiyə Prezidenti səfərlə əlaqədar olaraq Azərbaycan Milli Məclisində çıxış edəcək. İki ölkənin dövlət başçıları Türkiyənin futbol üzrə millisinin iyunun 16-da futbol üzrə Avropa çempionatında Bakıda Uelslə seçmə qrup oyununu birlikdə izləyəcəklər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar