Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Köçəryan tam məğlub oldu: xalq ondan qorxur - Markov

Baxılıb: 534     Tarix: 21-06-2021 15:16   

Ermənistan Azərbaycanla Rusiyanın iştirak etdiyi sülhü seçdi.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov Ermənistanda ötən gün keçirilən parlament seçkilərində Nikol Paşinyanın qələbə qazanmasına münasibət bildirərkən deyib.
“Nikol Paşinyanın məhz bu siyasətini seçicilərin 54%-i dəstəklədi. Müharibə partiyası tam məğlubiyyətə düçar oldu. Köçəryan Bloku 21%, onun müttəfiqi Serj Sərkisyan 5% səs topladı. Erməni cəmiyyəti Paşinyana hətta II Qarabağ savaşındakı ağır məğlubiyyəti belə bağışladı. Ona görə ki, erməni ictimaiyyəti artıq savaşmaq istəmir. O, Köçəryanın müharibə çağırışlarından qorxub. Erməni xalqı sülh proqramının reallaşmasını, kommunikasiyaların açıqlmasını, iqtisadi inkişafı istəyir. Paşinyanın qələbəsi Cənubi Qafqaz üçün yeni üfüqlər açır və Azərbaycanla Ermənistan xalqlarının tarixi barışığı üçün imkanlar yaradır. Erməni ictimaiyyəti faktiki olaraq, Azərbaycanla 10 noyabr razılaşmasına səs verdi. O, Rusiya ilə dostluq şəraitində Azərbaycanla sülhə və müharibəyə qarşı səs verdi”, – deyə o bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar