Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ərdoğan: "50 milyon dozanı keçdik"

Baxılıb: 924     Tarix: 01-07-2021 15:55   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirus peyvəndinin geniş tətbiqi ilə bağlı açıqlama verib.
Bu barədə o "Twitter" hesabında yazıb.
"Koronavirus pandemiyasına qarşı mübarizədə ən təsirli silahımız olan peyvəndlənmədə şükürlər olsun ki, 50 milyon dozanı keçdik. Xeyirli, uğurlu olsun", - deyə o qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyənin güclü səhiyyə sistemi, tibb sahəsində çalışanların səyləri və millətin həssas yanaşması ilə birgə yaxın zamanda yerli peyvənd TURKOVAC-la da COVID-19-a qarşı mübarizə daha güclü formada davam edəcək:
"Türkiyəni daha sağlam sabahlara daşıyacağıq".

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar