Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qırmızı Körpü bərpa edilir: Gürcüstan dəstək olacaq

Baxılıb: 706     Tarix: 06-07-2021 14:08   

Gürcüstan və Azərbaycan Qırmızı Körpü abidəsini birgə bərpa etməklə bağlı müzakirələr aparır.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, Qırmızı Körpü həm Gürcüstan, həm də Azərbaycanın mədəni irs abidəsidir:
“Biz bu abidənin qayğısına bir yerdə qalmalıyıq. Körpünün konservasiyası və bərpası işləri elə həyata keçirilməldirir ki, hər iki ölkə bununla fəxr etsin”.
Qırmızı Körpünün Azərbaycanda “Sınıq körpü” adlandırıldığını qeyd edən T.Tsulukianinin sözlərinə görə, dostcasına və peşəkarcasına bərpadan sonra abidə qürur rəmzinə çevriləcək.
O, azərbaycanlı həmkarı ilə görüşdə bir sıra mühüm məsələlərin müzakirə olunduğunu qeyd edib:
“Biz kino sənayesi, muzeylər, yaradıcı sənayelər arasında əməkdaşlıq, tarixi abidələrin qorunması və bərpası üzrə təcrübə mübadiləsinə dair razılığa gəldik”.
Nazir vurğulayıb ki, UNESKO çərçivəsində Gürcüstan və Azərbaycan qarşılılqı dəstəyi, bir-birinin maraqlarının müdafiəsini aktiv şəkildə davam etdirəcək.шаблоны для dle 11.2