Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Türkiyə, Pakistan və Azərbaycan əməkdaşlığının məqsədi...

Baxılıb: 676     Tarix: 27-07-2021 15:23   

Bir millət, iki dövlət” şüarı ilə möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı hər zaman var olacaq.
Qanunvehedef.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bildirib.
Azərbaycan, Pakistan, Türkiyə parlament rəhbərləri ilk iclasının Bakıda keçiriləcəyini bildirən M.Şəntop qeyd edib ki, bu barədə qərar İslamabadda qəbul olunub. O deyib ki, əvvəllər xarici işlər nazirləri səviyyəsində üçtərəfli platforma var idi: “İndi bu platforma parlamentlər səviyyəsində yaradılır. Gələcəkdə isə dövlət rəhbərləri səviyyəsində üç ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək beynəlxalq platforma, mexanizm yaranacaq. Ümid edirik ki, bu gün bu istiqamətdə önəmli addım atılacaq”.
TBMM-in sədri bildirib ki, Türkiyə, Pakistan, Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur:
“İkinci Qarabağ müharibəsində Türkiyə təmənnasız olaraq Azərbaycanın yanında yer aldı, öz siyasi və mənəvi dəstəyini verdi. Pakistan da Azərbaycana açıq dəstəyini ifadə edən ölkədir. Bu baxımdan dövlətlərimizin xüsusi bir birliyi, dostluğu var. Biz bunun platforma halına gəlməsini istəyirik”.шаблоны для dle 11.2